Ermənistanın "Lori" futbol klubunda 17 nəfər kornavirusa yoluxdu

10:42 - 11 İyul
    8665 oxunma

Ermənistanın "Lori" futbol klubunun kollektivi koronavirusa yoluxub.  Yoluxmuş şəxslər arasında həm futbolçular, həm də məşqçi qərargahının iştirakçıları, həm də texniki heyətin nümayəndələri var.

Bizimxeber.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat verib.

Qeyd olunur ki, "Lori" futbol klubunu təmsil edən 17 nəfər koronavirusa yoluxub. 

"PCR testləri müsbət nəticə göstərdi. Şəxsi sirrin qorunması baxımından xəstələnənlərin adları açıqlanmayacaq", - deyə bəyanatda bildirilir.

Klub dərhal bağlanıb, orada işləyən bütün heyət isə təcrid olunub.

 

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84