. .

Ermənistanın İctimai Televiziya rəhbərini istefaya çağırdılar - Paşinyanı müdafiə edir

14:03 - 21 Aprel
    9089 oxunma

Ermənistanın İctimai Televiziyası baş nazir Nikol Paşinyanın Zəngəzurdan qovulması xəbərini yaymayıb.

Bizimxeber.az erməni mətbuatına istinadən bildirir ki, Ermənistan İctimai Televiziyasının bu addımı insanları qəzəbləndirib və TV-nin rəhbərini istefaya çağırıblar. 

Saat 13: 00-da telekanalın "Vesti" (Lurer) xəbər proqramının 20 dəqiqəlik yayımı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyanın Azərbaycan prezidentinin Zəngəzur dəhlizini geri alması ilə bağlı bəyanatının müzakirəsi ilə başlayıb. Daha sonra Donbss problemi və diğər xəbərlərə üstünlük verilib.

Xəbərlər proqramında Mehri şəhərində kütləvi etiraz aksiyaları keçirən, Paşinyanı xain adlandıran və dərhal bölgəni tərk etməyi tələb edən Zəngəzurda baş verənlərlə bağlı heç bir xəbər yayılmayıb. 

Erməni içtimaiyyəti insanların vergiləri ilə maliyyələşdirilən İçtimai Televiziya rəhbərini sərt tənqid ediblər və onu istefaya çağırıblar. 

Qeyd edək ki, bir gün əvvəl Paşinyan hökuməti kanalın fəaliyyətini hərtərəfli təmin etmək, ölkə xəbərlərinin sistemi şəkildə işıqlandırılması naminə ayrıca bir məlumat kanalı yaratmaq üçün Ermənistanın İctimai Televiziyasına dövlət büdcəsindən 427 milyon dramdan çox pul ayırıb.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84