Ermənistanın Hərbi Polisinin rəisinə cinayət işi açılıb 

11:16 - 23 İyun
    205 oxunma

Ermənistan Müdafiə Nazirliyi Hərbi Polisinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Aqacanyanın oğlunun ordu sıralarından vaxtından əvvəl tərxis olunması faktı üzrə cinayət işi başlanılıb.

Bizimxeber.az “Sputnik Arneniya”ya istinadən xəbər verir ki, bir neçə il əvvəl A.Aqacanyanın oğlu hərbi xidmətə çağırılıb. Lakin polkovnik A.Aqacanyan Hərbi Polisin rəisi səlahiyyətlərini icra etməyə başlayandan sonra oğlunu ordu sıralarından vaxtından əvvəl azad etdirib.

Ermənistanın Baş Prokurorluğunda fakt üzrə cinayət işi başlayıb və iş hərbi istintaq bölməsinə göndərilib.

Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Rimma Yeqanyan “Joxovurd” qəzetinə bildirib ki, Aqacanyanın oğlunun səhhəti ilə bağlı problemi olub: “Cinayət işi isə tbbi baxışda baş verən pozuntularla (səhlənkarlıq) bağlı başlanılıb”.
 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84