“Ermənistanın Baş Naziri yenidən yalan danışır” - Hikmət Hacıyev

11:04 - 26 Oktyabr
    1800 oxunma

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nikol Paşinyanın öz tvitter mikrobloqunda ABŞ Prezidenti Donald Trampın adını işarələyərək Ermənistanın Vaşinqton razılaşmasına əsasən atəşkəs rejiminə əməl etmələrinə dair tvitterdəki paylaşımına münasibət bildirib.

Hikmət Hacıyev tvitter səhifəsində bunları yazıb: “Ermənistanın Baş Naziri yenidən yalan danışır. Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi pozaraq saat 08:04-dən Tərtər rayonunu və kəndlərini atəşə tutmağa başlayıblar. Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Ermənistan artilleriya və minaatanlarla saat 08:05-dən qüvvələrimizə qarşı hücum edir”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84