“Ermənistanı tərk edənlər Nikolu seçənlərdir” - Zöhrabyan

12:02 - 01 Fevral
    8440 oxunma

SİZİN REKLAM YERİNİZ - ok
SİZİN REKLAM YERİNİZ

Ermənistan parlamentinin deputatı, "Çiçəklənən Ermənistan" fraksiyasının üzvü Naira Zöhrabyan vətəndaşların ölkəni kütləvi şəkildə tərk etməyə hazırlaşdıqlarını bildirib. Erməni deputat gördüyü mənzərədən dəhşətə gəldiyini gizlətməyib: "Bu gündən etibarən Rusiya Ermənistan vətəndaşları üçün bir ay müddətinə hava sərhədini açdı. 

Təkcə bu gün Rusiyaya 6 reys var ki, bunlardan 4-ü Moskvayadır. Artıq ilk reys saat 07:55-də Minvoda təşkil edildi. Erməni ailələrinin ölkəni tərk etmə biletini əldə edən ilk şanslılardan olması sevincini görməli idiniz. Sanki lotoreya qazanmışdılar. Dünən Moskvaya birtərəfli bilet 700 dollara satılırdı və bu cür uçuş biletləri hərrac şəklində satılmağa başlasa təəccüblənmərəm. Təəssüf ki, bu miqrasiya ermənilərin ən böyük köçü olacaq".

Deputat daha sonra vurğulayıb ki, Ermənistanı tərk edənləri günahlandırmağa heç kimin haqqı yoxdur. Çünki bu gün ermənilər vətənlərində müdafiəsiz vəziyyətdə qalıblar. "Maraqlıdır ki, Ermənistanı tərk edənlərin əksəriyyəti Nikolu seçənlərdir. Həmin şəxslər ki, ümidsizliyə qapılmışdılar və Nikoldan qurtuluşa inanırdılar.

Nikolun gedəcəyinə və bunu özünün də bildiyinə şübhə etmirəm. Nikol mənim üçün və mənim kimi düşünən insanlar üçün problem deyil. Ermənistanın problemi, bilet alıb evdən getmək üçün 700 dollar pulu olmayan Nikolun "məsum"luğunun şahidləridir. Hələ də baş nazirə süni nəfəs verən onlardır", - deyə deputat vurğulayıb.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84