Ermənistanı Rusiyaya birləşdirən yeganə quru yolu bağlanıb

13:09 - 15 Noyabr
    1080 oxunma

Ermənistanla Rusiyanı birləşdirən yeganə quru yolu - Stepantsminda-Lars trası yalnız yük daşıyan nəqliyyat vasitələri üçün açıqdır. “Qafqazinfo” bildirir ki, bu barədə “newsarmenia.am”xəbər verib.

Ermənistan FHN-in Gürcüstan DİN-in Fövqəladə Hallar Departamentinə və Rusiya FHN-in Şimali Osetiya Böhran İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, bu, fövqəladə vəziyyətlə bağlıdır.

“Ermənistan XİN-dən əldə edilən məlumata görə, əcnəbilərin Gürcüstana girməsinə qadağa qoyulması qərarı qüvvədə qalır. Qadağa yük daşımalarına şamil edilmir”, - məlumatda deyilir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84