Ermənistanda hərbi hissə komandirinin müavini həbs olunub

11:46 - 30 Dekabr
    1440 oxunma

Dağlıq Qarabağda gedən döyüşlərdə 18 nəfər hərbçinin ölümünə və bir nəfərin yaralanmasına səbəb olan polkovnik-leytenant Ermənistanda həbs olunub.
Bizimxeber.az “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Baş prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, A.V adlı şəxs hərbi hissələrdən birinin komandir müavini olub.

Məlumata əsasən, bununla bağlı ölən əsgərlərdən birinin valideyni baş prokuror Artur Davtyana məktub ünvanlayıb. Məktubda qeyd olunub ki, oktyabrın 9-da İşxanadzor ərazisində Azərbaycan ordusunun PUA-nın səsini eşidən hərbi hissə komandirinin müavini maşından düşən hərbçilərə yenidən onun içərisinə mindirib hərəkətə davam etməsini əmr edib. Dəqiqələr sonra avtomobil dron atəşinə tutulub və içindəki əsgərlərin hamısı yanaraq kül olub.

Əldə olunan dəlillərə əsasən polkovnik-leytenant A.V. hərbi vəziyyət zamanı səlahiyyətindən sui-istifadə edərək ağır nəticələrə səbəb olma ittihamı ilə cinayət işi açılıb. Elə həmin gün, Syunik ümumi yurisdiksiyası məhkəməsi həbs haqqında vəsatət qaldırıb.
 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84