Ermənistanda "Sürünən çevriliş" baş verir

13:12 - 27 İyun
    1825 oxunma

Sabiq deputat ötən gün Konstitusiya Məhkəməsi binası qarşısında aksiya zamanı Ermənistanda "Sürünən çevriliş" baş verdiyini bəyan edib.

"Akunk" Siyasi Araşdırmalar Mərkəzinin direktoru, keçmiş deputat Ruben Akopyan  verdiyi bəyanatla bağlı izahat vermək üçün Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə çağırılıb.

Bizimxeber.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Akopyan özü bildirib.

"Saat 14:00-da SNB-yə gəlməyə dəvət olundum . SNB-yə getməməyimə heç bir səbəbim yoxdur. Amma ora tək yoxsa vəkillə getməyim barədə hələ qərar verməmişəm" deyə sabiq deputat deyib.

Qeyd edək ki, iyunun 26-da Konstitusiya Məhkəməsi qarşısında etiraz aksiyası zamanı Akopyan bəyan edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı onun eyni üsulları ilə hərəkət etmək lazımdır. “Məsələn, Radio evini "ələ keçirmək" lazımdır”. Akopyan ölkədə "sürünən çevriliş"in həyata keçirildiyini də bəyan edib.

 

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84