Ermənistanda spikeri döyən bir neçə şəxs saxlanılıb

12:40 - 10 Noyabr
    1740 oxunma

Bu gün gecə Ermənistanda baş verən iğtişaşlar zamanı parlamentin sədri Ararar Mirzoyanı döyən bir neçə şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu barədə baş nazir Nikol Paşinyan feysbuk hesabında canlı yayım zamanı açıqlama verib.

“Ararat Mirzoyana hücum edən bir neçə şəxsin saxlanıldığını söyləmək istəyirəm. Əlbəttə ki, onların hamısı tutulmayıb. Lakin həbslərin başladığını vurğulamaq vacibdir”,- deyə Paşinyan qeyd edib.

Xatırladaq ki, ötən gecə Ermənistanın kapitulyasiya elan etməsindən sonra başlayan iğtişaşlar zamanı parlament sədri bir qrup şəxs tərəfindən döyülüb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84