Ermənistanda rusiyalı hərbçinin meyiti tapılıb

22:41 - 26 Noyabr
    1950 oxunma

Ermənistanda hərbi hissənin ərazisi xaricində müqavilə ilə xidmət edən Rusiya hərbçisinin meyiti tapılıb. Bu barədə "TASS"a Cənub Hərbi Dairənin mətbuat xidmətindən bildiriblər.

Bildirilib ki, Rusiya Cənub Hərbi Dairənin hərbi bazasının komandanlıq komissiyası Ermənistandakı hüquq-mühafizə orqanları ilə birlikdə müqavilə ilə xidmət edən hərbi qulluqçunun ölümü ilə bağlı araşdırma aparır: "Hərbçinin cəsədi xidmət yoldaşı tərəfindən hərbi hissənin ərazisi xaricində, yaşayış yerində aşkarlanıb. Əsgərin cəsədində zorakılıq əlamətləri tapılmayıb".

Qeyd edilir ki, hazırda hadisənin başvermə şəraiti müəyyən edilir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84