.
.

Ermənistanda parlament binasına əlavə polis qüvvələri cəlb edildi

13:30 - 26 Fevral
    8720 oxunma

Yerevanda Ermənistan parlamentinin binasına əlavə polis qüvvələri cəlb edilib. Baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar parlament yaxınlığındakı meydanda, eləcə də digər mərkəzi meydanlarda çadırlarda gecələyiblər. 

Günorta saatları üçün müxalifətin növbəti aksiyası təyin olunub. Bundan əlavə, bu gün parlamentin növbədənkənar iclası da nəzərdə tutulub. 

Qeyd edək ki, ötən gün Ermənistan ordusunun Baş qərargahı N.Paşinyanın istefası tələbi ilə bəyanat vermişdi.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84