Ermənistanda nazirlər küçələrdə maska paylayır

21:09 - 23 İyun
    1165 oxunma

Erməni nazir COVİD-19 qarşı mübarizədə yaxından iştirak etmək üçün maraqlı aksiya həyata keçiriblər.

Bizimxeber.az “armtimes”ə istinadən xəbər verir ki, Ermənistanın Səhiyyə naziri Arsen Torosyan, Ərazi inkişaf və infrastruktur naziri Suren Papikyan, Yüksək texnologiyalı sənaye naziri Akop Arşakyan və Təhsil, elm, mədəniyyət və idman naziri Arauik Arutyunyan şəhər küçələrində gəzərək əhaliyə tibbi maskalar paylayıblar.

Nazirlər insanlara maskaları taxmağın vacibliyini və düzgün istifadə qaydalarını izah ediblər.

Aksiyaya qoşulan nazirlər qeyd ediblər ki, koronavirusla mübarizədə tibbi maska taxmaq vacibdir. Maska paylamaqla onlar əhalinin cərimələnməsinin deyil, maariflənməsinin tərəfdarı olduqlarını nümayış etdiriblər.

Qeyd olunur ki, bu gün başlayan aksiya növbəti günlərdə də digər nazirlər və məmurlar tərəfindən davam etdiriləcək.
 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84