.
.

Ermənistanda itkin düşən əsgərlərlə bağlı istintaq başladı

12:28 - 23 Mart
    9320 oxunma


Ermənistanın İstintaq Komitəsi mövqelər arasında qar fırtınasına düşərək itkin düşən əsgərlərlə bağlı araşdırmaya başlayıb. 

Bizimxeber.az "Sputnik Armenia"ya istinadən bildirir ki, 20 mart tarixində müqaviləli əsgərlər siqaret və yanacaq gətirmək məqsədilə təxminən bir kilometr yaxınlığında olan diğər posta gediblər. Yerə çatdıqdan sonra hava şəraitinin kəskin pisləşməsi səbəbindən orada qalmaq məcburiyyətində qalıblar və səhəri gün geri dönərək qar çovğununa düşərək itiblər. İtkin düşən hərbçilərdən biri ölü tapılıb. 

Məlumatda qeyd olunur ki, əsgərlərlə əlaqə kəsildikdə dərhal çətin şərtlərdə axtarış və xilasetmə işləri həyata keçirilib. 22 mart tarixində iki əsgərdən biri ölü, diğəri isə ağır vəziyyətdə tapılıb.

Qarnizonun hərbi prokurorluğu, hərbi qulluqçuların təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlərin görülməməsi və vəzifəli şəxslərin səhlənkarlığı şübhəsi ilə cinayət işi başladıb. 

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84