Ermənistanda həyəcan: “Uşaqlarımız qırılır....” - FOTO

10:31 - 01 Oktyabr
    995 oxunma

"2000, 2001-ci il təvəllüdlü oğlanlar ölürlər, nə baş verir?”

Bunu erməni sosial şəbəkə istifadəçiləri "Facebook” səhifələrində, müxtəlif sosial media qruplarında yazırlar. Onlar bildirirlər ki, hər an erməni hərbçilərinin ölüm xəbərini eşidirlər: "Niyə 2001, 2002-ci il təvəllüdlü uşaqlardır?”, "Millətimiz, uşaqlarımız qırılırlar, bir şey etmək lazımdır”.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. //Mediapost

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

[email protected];[email protected]
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84