.
.

Ermənistanda hərbi vəziyyət ləğv edildi

12:35 - 24 Mart
    8160 oxunma


Ermənistan Milli Məclisinin deputatları növbədənkənar parlament seçkiləri ərəfəsində ölkədəki hərbi vəziyyəti ləğv ediblər. Yerli KİV bildirir ki, məsələ qanunverici orqanın bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qeyd edək ki, Ermənistan qanunvericiliyinə əsasən, parlament seçkiləri hərbi vəziyyət şəraitində təşkil edilə bilməz, həmçinin onun keçirilməsi üçün səsvermə başlanmazdan 30-45 gün əvvəl mövcud  parlament buraxılmalıdır.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə iyunun 20-də növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bildirib. Öz növbəsində müxalifət onu səsvermənin təşkilini uzatmaqda suçlayıb. Müxalifət, həmçinin hakimiyyətin seçkini proporsional sistem üzrə keçirmək niyyətinə qarşı çıxıb və onun reytinq sistemi ilə əvəz olunmasını tələb edib.

118 deputat hərbi vəziyyət rejiminin aradan qaldırılması ilə bağlı layihəni dəstəkləyib. Onu da xatırladaq ki, Ermənistanda hərbi vəziyyət rejimi 2020-ci il sentyabrın 27-də - İkinci Qarabağ müharibəsi başlayan gündən tətbiq olunmuşdu.//Virtualaz.org

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84