Ermənistanda etirazçılar magistral yolları bağlayır - Video

14:36 - 22 Dekabr
    1260 oxunma

Ermənistanda 20-yə yaxın müxalifət partiyası Baş nazir Nikol Paşinyanın istefası tələbilə etiraz aksiyası təşkil edib. 

“RİA Novosti”yə istinadən xəbər verir ki, mitinq İrəvanda hökumət binası ilə üzbəüz Respublika Meydanında keçirilir.

Etirazçılar Paşinyanın ötən gün Sünik bölgəsinə səfərini dayandırmağa məcbur edən bölgə sakinlərini alqışlayıblar. “Daşnaksütyun” müxalifət partiyasının nümayəndəsi Qeqam Manukyan “Nikolsuz Ermənistan” şüarını “Onsuz Ermənistan” ilə əvəzləməyə çağırıb. O bildirib ki, Baş nazirin adı insanları qıcıqlandırır.

Qeyd edək ki, İrəvanda artıq bir neçə həftədir ki, müxalifət mitinqlər keçirir. Mitinq iştirakçıları Paşinyanın üçtərəfli bəyanatı imzalaması səbəbindən istefasını tələb edirlər. Hökumət rəhbərinin istefasını tələb edən müxalif qüvvələr ölkənin hökumətinin keçmiş başçısı Vazgen Manukyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürüblər.

***

Etirazçılar iki şəhərlərarası magistral yolu bağlayıblar. Bu barədə hökumət binası qarşısında keçirilən mitinqdə iştirak edən “Daşnaksütyun” müxalifət partiyasının nümayəndəsi Qeqam Manukyan bildirib. “Biz Vanadzor-İrəvan və İcevan-İrəvan magistral yollarının bağlanması barədə bir məlumat aldıq. Paşinyanın həmyerliləri onun istefasını tələb edirlər”,-deyə Manukyan qeyd edib.

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84