. .

Ermənistanda əsir yaxınları yolları bağladı: MN mühasirədə

13:50 - 09 Aprel
    14264 oxunma

Azərbaycanda olduğu deyilən erməni əsirlərin qohumları Şirak bölgəsindəki yolları bağlayıb.

Bizimxeber.az Sputnik Ermənistan-a istinadla xəbər verir ki, Gümrü-İrəvan yolları (Orom kəndi yaxınlığında), eləcə də Aşotk və Vanadzora gedən yollar bağlanıb. "Tələbimiz birdir - sevdiklərimizin qaytarılması, başqa tələbimiz yoxdur", - qohumlardan biri Sputnik Ermənistan-a deyib.

Xatırladaq ki, Şirakdan olan hərbçilər dekabrın 16-da Dağlıq Qarabağın Xtsaberd kəndi yaxınlığında əsir götürülüb.

Qarabağ müharibəsi zamanı itkin düşənlərin yaxınları ölkənin Müdafiə Nazirliyinin Yerevandakı binasını mühasirəyə almağa davam edirlər. 24 saat ərzində binadakı insanlar oranı tərk edə bilməzlər.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84