Ermənistanda daha bir narazılıq

17:24 - 16 Dekabr
    990 oxunma

Ermənistan parlamentinin aparat üzvlərinə mükafat verilməsi etirazlara səbəb olub. Ölkədə sosial-iqtisadi böhranın dərinləşdiyi bir vaxtda belə bir addım alması Ermənistan ictimaiyyətini ayağa qaldırıb.

Məlumatda deyilir ki, pul mükafatı parlamentin aparat işçilərinin maaşına bərabərdir. “Pastinfo” saytı yazır ki, mükafatın verilməsi gizli saxlanılıb. Çünki Ermənistan hakimiyyəti də bunun narazılığa səbəb olacağının fərqində olub.

Sayt məsələ ilə bağlı Ermənistan parlamentinin aparat rəhbəri Tiqran Qalstyanla əlaqə saxlayıb. O əməkdaşlarının mükafatlandırıldığını təkzib etməyib. Lakin bu barədə danışmaq da istəməyib. Qalstyan deyib ki, məsələ ilə bağlı sullar yazılı şəkildə göndərilərsə cavablandıra bilər.

Sayt qeyd edir ki, parlament sədrinin sərəncamları qurumun rəsmi veb səhifəsində dərc olunmalıdır. Amma mükafat barədə hər hansı qeyd yoxdur. “Bununla maraqlanmaq üçün yazılı sorğuya da ehtiyac yoxdur”, - “Pastinfo” yazır.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi





Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84