Ermənistanda daha 736 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb

10:49 - 28 İyun
    830 oxunma

Ötən sutka ərzində Ermənistanda daha 736 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Bizimxeber.az  “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 24 min 645 nəfərə çatıb.

Ötən sutka ərzində virusa yoluxan 6 nəfər ölüb və bununla da ölkədə virusa yoluxma nəticəsində ölənlərin sayı 426 nəfərə yüksəlib. Ötən gün koronavirusa yoluxanlar arasında digər səbəblərdən isə 7 nəfər ölüb və bununla da koronavirusa yoluxanlar arasında digər səbəblərdən ölənlərin sayı 139 nəfərə çatıb.

Sağalanların sayı 13.116 (+205), hazırda müalicədə olanların sayı 10,964 (+519) nəfərdir. Test analizindən keçənlərin sayı – 109,073 (+2,065) nəfər qeydə alınıb.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84