. .

Ermənistanda Britaniya ştammı tüğyan edir - Bir gündə 10 nəfərdə aşkarlandı

18:08 - 02 Aprel
    14821 oxunma

Ermənistan Səhiyyə Nazirliyi həyəcan təbili çalır. Bizimxeber.az-ın erməni mətbuatına istinadən məlumatına görə, Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidməti ölkədə Britaniya ştammının sürətlə çoxaldığını və bir gündə 10 nəfərdə aşkar olunduğunu bəyan edib.

Bu ölkədə 3-cü nəsil yeni koronavirusun daha 12 tam ştammı müşahidə olunub. Əldə edilən nümunələrdən 10-da Britaniya ştammı (B. 1.1.7, VOC-202012/01) aşkarlanıb.

Qeyd edək ki, aprelin 2-nə olan vəziyyətə görə, Ermənistanda koronavirusa yoluxmuş insanların sayı 194 852, gəbərənlərin sayı isə 3552 nəfərdir.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84