.
.

Ermənistanda Baş Qərargah rəisi kim olacaq? - namizədlər 

11:27 - 04 Mart
    5680 oxunma


Ermənistan hakimiyyəti Baş Qərargah rəisi Onik Qasparyanı hələ vəzifəsindən azad edə bilməyib, lakin artıq onu əvəz edəcək bir neçə nəfərin namizədliyini nəzərdən keçirir. 

Bizimxeber.az bildirir ki, bu barədə "Past" qəzeti yazıb.

Qəzetin qeyd etdiyi kimi, ilk namizəd general-mayor və Baş qərargah rəisinin müavini Andranik Makaryan idi. LKakin Makaryan, bunu əxlaqsızlıq hesab etdiyi üçün Qasparyanın yerinə gəlməsinə razı olmadığını və hətta bu baş verəcəyi təqdirdə xidmətdən istefa verəcəyini açıq şəkildə bildirib.

Hakimiyyətin ikinci namizədi Dağlıq Qarabağ Müdafiə Ordusunun keçmiş komandanı və Qarabağ Müdafiə naziri general-leytenant Cəlal Arutyunyandır. Bununla bağlı isə hələ qərar verilməyib. Çünki onun sağlamlıq vəziyyəti ordu işləri ilə tam məşğul olmağa imkan vermir. 

Baş Qərargahın keçmiş başçısı Artak Davtyanın da adı müzakirə olunur, lakin səlahiyyətlilər onunla bağlı şübhə edirlər.

"Hökumət DQR Müdafiə Ordusunun komandanı general-leytenant Mikael Arzumanyanın namizədliyini daha fəal şəkildə müzakirə edir. Hələ tam qərar verilməsə də onun Ermənistandakı son hadisələrin iştirakçısı olmadığı və bitərəf olması ən böyük ehtimallardan biri kimi hesab edilir”-deyə qəzet hərbi mənbələrinə istinad edərək yazıb.

Xatırladaq ki, fevralın 25- dəErmənistan Silahlı Qüvvələri Baş Qərargahı Ermənistanın Baş naziri Nikol Paşinyanın siyasi rəhbərliyin dövləti təhlükəli bir həddinə çatdırdığını söyləyərək istefasını tələb etməsindən sonra ölkədəki siyasi böhran daha da kəskinləşib. Buna cavab olaraq baş nazir çevriliş cəhdini elan edərək Gasparyanı vəzifəsindən uzaqlaşdırılmağa dair qərar imzalayıb. Ancaq prezident Armen Sarkisyan bu sənədi imzalamayıb və etirazlarla Baş nazirlik ofisinə açıqlama göndərib. Baş nazir Paşınyan isə inadla təqdimatı yenidən prezidentə ünvanlayıb.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84