Ermənistana silah daşıyan yük maşını Gürcüstan sərhədində saxlanıldı

14:27 - 10 Oktyabr
    1120 oxunma

Ermənistana silah daşıyan mülki yük maşını Gürcüstan-Ermənistan sərhədində saxlanılıb.

Bizimxeber.az xəbər verir ki, bu barədə Minval.az etibarlı mənbələrə istinadən məlumat verib. Hərbi mütəxəssislər fotoşəkillər və video materiallara istinad edərək bildirib ki, yük maşınında hərbi avtomatik idarəetmə sistemi quraşdırılmış avtomobil daşınıb. Qeyd olunub ki, bu qurğu komanda məntəqələrində quraşdırıla və qoşunları idarə etmək, bölmələrin hərəkətlərini əlaqələndirmək, raket qüvvələri və topçu birliklərinin atəşinə nəzarət etmək üçün istifadə edilə bilər.

Onu da qeyd edək ki, hərbi avtomatik idarəetmə sistemi Ermənistan nəqliyyat şirkəti "Spayka"ya məxsus mülki yük maşınları ilə daşınıb. Hərbi texnikanın quraşdırıldığı avtomobilin mülki bağlamalarla üstü örtülü şəkildə yük qoşqusunun arxasına yerləşdirildiyi aşkarlanıb.

Bu onu göstərir ki, Ermənistanın hakimiyyət orqanlarının Gürcüstanın öz ərazisindən hərbi yük daşınmasına qoyduğu qadağanı açıq şəkildə pozmağa davam edir. Ayrıca, ölkəyə silah qaçaqmalçılığı cəhdləri göstərir ki, rəsmi İrəvan, təəssüf ki, hərbi təxribat siyasətindən əl çəkməyib və münaqişənin sülh yolu ilə həllinə meylli deyil.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84