. .

"Ermənistan Şuşa və Hadrutu danışıqlar yolu ilə qaytara bilər" - Koçaryan

17:45 - 29 Aprel
    14944 oxunma

"Ermənistanda ciddi idarəetmə böhranı var"

Ermənistan Şuşa və Suqovuşanı (Hadrutu) danışıqlar yolu ilə qaytara bilər. 

Bizimxeber.az bildirir ki, bu barədə "Sputnik Armenia"ya Ermənistanın keçmiş prezidenti Robert Köçəryan deyib.

"Əminəm ki, danışıqlar yolu ilə Qarabağ ərazisini ən azı keçmiş DQMV-nin tərkibində bərpa edə biləcəyik. "Qarabağ Ermənistandır" sözünün deyilməsi təxribat idi və nəticəsi də budur"- deyə Köçəryan bildirib.

Köçəryan deyib ki, Ermənistanın indiki hakimiyyəti danışıqlar prosesini məhv edib və Azərbaycan üçün müharibədən başqa yolu saxlamayıb. Onun sözlərinə görə, Suqovuşan (Hadrut) bölgəsi onun prezident olduğu dövrdə həmişə danışıqlar masasında olub.

"Ermənistan heç vaxt bu qədər zəif olmayıb. Əvvəllər danışıqlar prosesində mövqeyimiz kifayət qədər güclü idi. Ermənistanda idarəetmə sistemi daha təsirli idi" deyə Köçəryan bildirib.

"İndi bu qədər zəif vəziyyətdə olduğumuz bir sıra məsələlərdə hər hansı bir uğurdan danışa bilmərik" deyə Koçaryan deyib: "Ermənistanda ciddi idarəetmə böhranı var və vəziyyəti yalnız mövcud hakimiyyətin istefası təmin edə bilər. Seçkilər çıxış yolu olsa da ən yaxşı seçim, səlahiyyətlilərin istefasıdır".

Koçaryana görə, Ermənistanı gücləndirmədən heç nə nəticə verməyəcək, qalan hər şey boş söhbətdir.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84