.
.

Ermənistan "Sputnik V" peyvəndinin istifadəsini təsdiqlədi

13:44 - 08 Aprel
    9240 oxunma

Rusiyada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında baş tutan görüşdə koronavirusla birgə mübarizə əsas müzakirə mövzularından olub. Nikol Paşinyan açıq şəkildə pandemiya ilə mübarizədə Rusiya prezidentinən peyvənd probleminin aradan qaldırıması üçün kömək istəyib.

Paşinyanın bu istəyi Ermənistanda birmənalı qarşılanmayıb və "Sputnik V" peyvəndindən istifadənin hökumət tərəfindən təsdiq edilmədiyi ortaya atılıb. 

Bu gün Ermənistan Səhiyyə Nazirliyindən "Sputnik Armeni"ya verilən məlumata görə, Ermənistan Rusiya istehsalı olan "Sputnik V" peyvəndidən istifadəni artıq təsdiqləyib. Açıqlamada bildirilir ki, "Sputnik V" nin digər peyvəndlər kimi Ermənistanda fövqəladə hallarda istifadəsi mümkündür.

Bildirilir ki, Rusiya peyvəndinin 1 fevral tarixində Ermənistanda istifadəsinə icazə verilib. Bütün dərmanların istifadədən əvvəl qeydiyyata alınması vacib deyil" deyə açıqlamada qeyd olunur.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84