Ermənistan prezidentindən Dağlıq Qarabağ açıqlaması

13:55 - 13 Noyabr
    2120 oxunma

"Bu, Minsk prosesi deyil, bu üçtərəfli sənəddir, barışıqdır". 

Bizimxeber.az "Sputnik Armenia"-ya istinadən bildirir ki, belə bir bəyanatla bu gün Ermənistanın prezidenti Armen Sarkisyan Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsini şərh edərkən bildirib.

O deyib ki, üçtərəfli atəşkəs razılaşması son razılaşma demək deyil: "ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinə ən qısa zamanda qayıtmaq lazımdır. Bu münaqişənin həlli prosesinin başa çatdığı anlamına gəlmir. Bu, Minsk prosesi deyil, bu üçtərəfli sənəddir, barışıqdır. Məsələnin həlli üçün mandat verilmiş Rusiya, ABŞ və Fransadan olan həmsədrlərlə birlikdə Minsk prosesinə qayıtmaq üçün mümkün olan hər şeyi etmək lazımdır".

Armen Sarkisyan həmçinin bildirib ki, üçtərəfli barışıq sazişi Qarabağın son statusunu təyin etmir: "Müvafiq bəyanatlar artıq prezident administrasiyası və Fransa Xarici İşlər Nazirliyi tərəfindən verilmişdir. Fransız nazir artıq bu mövzuda rusiyalı həmkarı Sergey Lavrovla danışıb. Prosesin Minsk çərçivəsinə qayıdacağına dair siqnallar var".

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84