Ermənistan parlamentində dava düşdü: “Sənin boğazını kəsəcəm”

12:22 - 08 May
    815 oxunma

Sasun Mikayelyan və Edmond Marukyan arasında parlamentdə dava olub.  “Çiçəklənən  Ermənistan” fraksiyasının lideri Edmon Marukyanın çıxışı zamanı onunla “Mənim addımım” fraksiyasından olan deputat Sasun Mikalyan arasında polemika başlayıb.

Çıxış zamanı Marukyan Mikayelyanı “əmi” adlandırıb və o, buna görə bərk hirslənərək Marukyana yaxınlaşıb və onu vurub.

Marukyan isə kürsüdən belə deyib: “Vursanız da, vurmasanız da, danışmağı dayandırmayacağam”. Sasun Mikaelyan onun boğazını kəsəcəyinə söz verib. “Boğazımı kəsən hələ dünyaya gəlməyib, burada hay-küy salma” deyib Marukyan.

Parlament sədri Ararat Mirzoyan iclası təxirə salıb. Ehtiras hələ də azalmayıb. Canlı yayım kəsilib, Mirzoyan təhlükəsizlik xidmətinə zəng edib.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84