Ermənistan parlamenti Hadrutla bağlı təcili toplanır

15:06 - 13 Dekabr
    1270 oxunma

Ermənistan prezidenti Armen Sarkisyan Hadrutdakı vəziyyət ətrafında bəyanatla çıxış edərək ölkə parlamentini təcili iclas keçirməyə çağırıb. Ermənistan prezidenti təsdiq edib ki, Azərbaycan Ordusu Köhnə Tağlar və Çaylaqqala kəndlərinin yaraqlılardan təmizləmə əməliyyatına başlayıb və kəndlərə nəzarəti bərpa edib.

Armen Sarkisyan əlavə edib ki, Ermənistan hökumətinin müvafiq qurumları vəziyyəti və erməni tərəfinin gördüyü işləri hələ lazımi şəkildə izah etməyiblər. Bununla əlaqədar Ermənistan prezidenti Milli Məclisə müraciət edərək, Hadrut rayonunda yaranmış vəziyyətin səbəblərini və həll yollarını müzakirə etmək üçün təcili olaraq növbədənkənar iclas çağırmağı təklif edib. //modern.az/

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84