Ermənistan müharibədə uşaqlardan istifadə edir - Video

22:12 - 24 Oktyabr
    4310 oxunma

Ermənistanın siyasi-hərbi rəhbərliyi Dağlıq Qarabağda gedən hərbi əməliyyatlara yeniyetmələri də cəlb edir. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı video sosial şəbəkədə ermənilərin özləri tərəfindən yayılıb. İşğalçı ölkənin Beynəlxalq konvensiyaları və normaları kobud şəkildə pozmasını sübut edən videogörüntüdə Valeri adlı yeniyetmə yer alıb.

Bununla da düşmənin BMT-nin, UNİCEF-in Paris konvensiyasının uşaq hüquqları ilə bağlı konvensiya və normalarını pozması sübuta yetirilir. Qeyd edək ki, Ermənistan mediasında orduda şəxsi heyətin çatışmazlığı və əməliyyatlara yaşlı şəxslərin cəlb olunması ilə bağlı materiallar da dərc olunur. 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84