. .

Ermənistan Müdafiə Nazirliyində vəziyyət gərgindir

15:07 - 09 Aprel
    15139 oxunma

Ermənistan Müdafiə Nazirliyinin binası yaxınlığında vəziyyət gərginləşib.

Bizimxeber.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, itkin düşən əsgərlərin valideynləri nazirliyin binasına girməyə çalışırlar. Etirazçılar müdafiə naziri Vaqarşak Harutyunyan və Baş Qərargah rəisi Artak Dakvtyanın binadan çıxaraq onlarla görüşmələrini tələb edirlər.

Bəzi etirazçılar binanın hasarlarına qalxıblar, lakin polis qüvvələri onları endirə bilib.

Hüquq-mühafizə orqanları valideynləri sakitləşdirməyə çalışsa da, bu, nəticə verməyib. Hadisə yerində olan müstəqil millət vəkili Sofiya Hovsepyan nazirlikdə məsələnin həlli ilə bağlı iclas keçirildiyini bildirib.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84