Ermənistan müdafiə naziri istefa verdi

12:33 - 20 Noyabr
    1480 oxunma

Ermənistan müdafiə naziri David Tonoyan istefa verib. Bizimxeber.az xəbər verir ki, bu barədə “Aravot” nəşri yazıb. Məlumata görə, Ermənistan hakimiyyəti hazırda Baş nazir Nikol Paşinyanın müşaviri vəzifəsində çalışan Vaqarşak Arutyunyanı müdafiə naziri təyin etmək istəyir.

“Aldığımız məlumata görə, Tonoyanı 1999-2000-ci illərdə müdafiə naziri olmuş, Paşinyanın baş müşaviri Vaqarşak Arutyunyan əvəzləyəcək”,- deyə nəşrin məlumatında bildirilib.

Müdafiə Nazirliyi rəsmi açıqlama yaymayıb.

Xatırladaq ki, Qarabağda məğlubiyyətdən sonra Ermənistan Xarici İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin rəhbərləri Zohrab Mnatsakanyan və Feliks Tsolakyan artıq istefaya göndərilib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84