Ermənistan hücum cəhdini təkzib etdi

11:26 - 28 Dekabr
    3170 oxunma

Ermənistan Müdafiə Nazirliyinin Hadrut bölgəsindəki döyüşlərin yenidən başladığı barədə xəbəri şayiə adlandırıb. Bizimxeber.az “armenpress”ə istinadən xəbər verir ki, Ermənistan Respublikası Müdafiə Nazirliyi insidetlə bağlı açıqlama verib. 

“Xatırladaq ki, Tuğ kəndi Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətindədir. “Artsax” müdafiə ordusu atəşkəs rejiminə ciddi şəkildə riayət edir, bu sektorda heç bir bölmə heç bir aksiyada iştirak etmir, üstəlik “artsax” müdafiə ordusu bölmələri ilə bağlı hər hansı bir hadisə qeydə alınmayıb.

Buna baxmayaraq, erməni tərəfi Azərbaycan informasiya təxribatı ilə qarşılaşmağımızı istisna etmədən əlavə məlumat əldə etməyə çalışır” – deyə Ermənistan Müdafiə Nazirliyinin məlumatında qeyd olinub.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi dünən saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstənin Azərbaycan Ordusunun bölmələrinə hücum etdiyini təsdiq edib.
Lakin ermənilər məsuliyyətdən qaçmaq üçün hadisələrin cərəyan etdiyi ərazilərin Tuğ kəndi istiqamətdə olduğuna dair yayındırıcı məlumatlar dərc edirlər.  

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84