Ermənistan girovların geri qaytarılmasından boyun qaçırır

19:24 - 13 May
    1515 oxunma

“Pandemiya dövründə beynəlxalq ictimaiyyətə müraciət etməklə, humanist prinsiplərdən çıxış edərək, əsirlərin, girovların dəyişdirilməsi həyata keçirilməlidir. Amma Ermənistan tərəfi girovların geri qaytarılmasından boyun qaçırır”.

Bizimxeber.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

 O qeyd edib ki, Azərbaycan “Hamının hamıya” prinsipinə sadiqdir:

“Biz “Hamının hamıya” prinsipi ilə əsir və girovların dəyişdirilməsinə çalışırıq. Təəssüflər olsun ki, Ermənistan tərəfindən bu məsələdə konstruktiv mövqe nümayiş etdirilmir.

Düşünürük ki, beynəlxalq aidiyyəti təşkilatlar, xüsusilə humanitar məsələlərlə məşğul olan strukturlar bu istiqamətdə əlavə səylər göstərəcək”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84