Ermənistan Bərdəyə raket atdı: 3 nəfər öldü, 10 nəfər yaralandı - YENİLƏNİB

17:26 - 27 Oktyabr
    2710 oxunma

Oktyabrın 27-i saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atması nəticəsində iki nəfərin ölməsi ilə yanaşı bir neçə kənd sakini də ağır yaralanıb. Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir. Ölənlərin sayı 3 nəfərdir, 10 nəfər xəsarət alıb. Onlar xəstəxanaya aparılıb. Yaralılardan içərisində azyaşlılar da var.

17.32

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutur. Düşmən Bərdə istiqamətinə 3 raket zərbəsi endirib. Onlardan ikisi zərərsizləşdirilsə də, biri rayonun Qarayusifli kəndinə düşüb. Nəticədə 1 mülki vətəndaşımız həlak olub, yaralılar var.

17:18

Oktyabrın 27-i saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən atılan raket Bərdə rayonu ərazisində Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən zərərsizləşdirilib. Nəticədə rayonun Qarayüsifli kəndi ərazisində raket partlayıb və 2 mülki şəxs həlak olub, yaralılar var.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84