Ermənistan Azərbaycan vətəndaşları üçün viza rejimini niyə ləğv etdi? - Səbəblər müəyyənləşdi

16:47 - 08 Yanvar
    1670 oxunma

!-- Xeberin ortasında video/Inpage/ -->

Xəbər verdiyimiz kimi, Ermənistan Xarici İşlər Nazirliyinin saytında bu ölkəyə giriş üçün viza tələb olunmayan ölkələr sırasında Azərbaycan da yer alıb. Ermənistan XİN-in bu addımı hər iki ölkədə şok effekti doğurub və əksəriyyət bunu gözlənilməz hesab edir.

Bəs nə baş verir?

Azərbaycan vətəndaşlarının Ermənistana vizasız getməsinə icazə verən düzəlişlərin iki önəmli səbəbi var ki, bu da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr tarixli bəyanatdan yaranan öhdəliklərdir.

10 noyabr razılaşmasına əsasən, Ermənistan ərazisindən Naxçıvana nəqliyyat dəhlizi açılacaq. Həmin dəhlizlə hərəkət edən Azərbaycan vətəndaşlarına heç bir halda viza rejimi tətbiq oluna bilməz. İkincisi səbəb isə odur ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşı sayılacaq və onların Ermənistana problemsiz gedib-gəlməsi rəsmi İrəvanın maraqlarına uyğundur. 

Müşahidəçilər Ermənistan XİN-in düzəlişlərini həm də Nikol Paşinyan hakimiyyətinin regional əməkdaşlığa hazır olmasını gündəmə gətirməsi kimi də qiymətləndirirlər. Belə ki, baş nazir bu yolla məğlub imicini regional əməkdaşlıqla Ermənistan üçün yeni imkanlar açmaqla kompensasiya etmək istəyir...

Bizimxeber.az





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84