.
.

Ermənistan Ali Məhkəmə Şurasının rəhbəri də Koçaryanı müdafiə etdi

17:23 - 01 Aprel
    5640 oxunma


Ermənistanın eks-prezidenti Robert Koçaryanın gələcək taleyi ilə bağlı qərarı vəkillər, siyasətçilər, KİV yox, hakim verməlidir". Bizimxeber.az bildirir ki, bu barədə "RİA Novosti"yə müsahibəsində Ermənistan Ali Məhkəmə Şurasının rəhbəri Ruben Vardazaryan bildirib.

Onun sözlərinə görə, Ermənistan Konstitusiya Məhkəməsi Koçaryanın ittiham olunduğu Cinayət Məcəlləsinin 300.1 maddəsinin (Konstitusion rejimin devrilməsi) ölkə Konstitusiyasına uyğun olmaması barədə hökm çıxarıb: "Qərar qətidir və dərc edildiyi andan qüvvəyə minir. Bu mövzuda KİV-də və ya sosial şəbəkələrdə bir çox şərhlər qeyri-peşəkardır. Konstitusiya Məhkəməsinin qərarı dərc edildiyi andan qüvvəyə minir və dərhal icra edilməlidir".

O əlavə edib ki, qərarın gələcək prosesslərə nə qədər təsir göstərəcəyini deyə bilməz: "Təbii ki, qərar siyasi proseslərə təsir göstərəcək. Amma necə əks olunacaq və bütün bunlar nə ilə bitəcək, sözün düzü, bilmirəm və təxmin etmək istəmirəm. Çünki qərar qəbul etməli olan konkret hakim var", - Vardazaryan bildirib.

O qeyd edib ki, KŞ-in qərarından sonra hüquqşünasların bir qismi bəyan edir ki, hakim bu işi dərhal dayandırmalıdır, hüquqi birliyin ikinci hissəsi isə bəyan edir ki, bu işi bir-birinə bərabərləşdirmək lazımdır.

Ruben Vardazaryan deyib ki, Koçaryanın işi üzrə hakim ona təzyiq olduğunu hiss edərsə, Ali Məhkəmə Şurasına müraciət edə bilər: "Əgər Danibekyan hiss etsə ki, ona təzyiq göstərilir bizə müraciət edə bilər. Biz bu prosesdən keçmişik, artıq belə bir cəhd var idi, biz onu mühafizə sistemi ilə təmin etdik və heç kim ona bir metr də yaxınlaşa bilməz. Əgər o hiss etsə ki, mətbuat tərəfindən təzyiq var, onda o, dəstəyi götürə, Ali Məhkəmə Şurasına zəng edə, görüşü tələb edə və bu barədə Şuraya danışa bilər.  Amma hələ ki, belə bir hadisə yoxdur və onun kövrək xanım olmasına baxmayaraq, əminəm ki, o, dözəcək", - Vardazaryan bildirib.

Qeyd edək ki, Ermənistanın Xüsusi İstintaq Xidməti 26 iyul 2018-ci il tarixində Köçəryana 1 mart 2008-ci il etiraz aksiyalarının dağıdılması ilə bağlı cinayət işi çərçivəsində konstitusiya quruluşunu devirməkdə ittiham irəli sürüb. Köçəryan ittihamları saxta siyasi təqib hesab edib.

İş üzrə KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov, Müdafiə Nazirliyinin keçmiş rəhbəri Seyran Ohanyan və Prezident Administrasiyasının sabiq rəhbəri Armen Gevorqyan da günahlandırılır.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84