Ermənilərin Tərtərdə məktəbi hədəf aldı -  Fotolar

11:43 - 30 Sentyabr
    1650 oxunma

Ermənistan silahlı qüvvələri cəbhənin Tərtər istiqamətində rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

Düşmən mərmilərindən biri də sentyabrın 27-də Qaraağacı kənd tam orta məktəbinin həyətinə düşüb. Nəticədə təhsil ocağına ciddi ziyan dəyib. Qeyd edək ki, sözügedən məktəbdə 360 şagird təhsil alır. Hazırda vəziyyətlə əlaqədar Təhsil Nazirliyi tərəfindən cəbhədəki məktəblərin dərs cədvəli dəyişdirilib. 

***

Bundan başqa, bir neçə dəqiqə öncə düşmənin atdığı mərmi rayonun Düyərli kəndi ərazisində yerləşən geyim mağazasına düşüb. Nəticədə Emin Əhmədova məxsus obyekt tamamilə dağılıb.






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

[email protected];[email protected]
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84