Ermənilərin Qarabağda məhv etdiyimiz “Repellent” radioelektron mübarizə kompleksi - FOTO

13:42 - 22 Dekabr
    1260 oxunma

Azərbaycan ordusunun 44 günlük müharibə ərzində məhv etdiyi “Repellent” radioelektron mübarizə kompleksinin görüntüləri yayılıb. Fotolara əsasən kompleks tamamilə sıradan çıxıb və onun ya kamikadze-dronla, ya zərbə pilotsuz təyyarəsi “Bayraktar”la vurulduğu təxmin edilir.

Baxmayaraq ki, Rusiya hərbi sənayesi “Repellent” radioelektron mübarizə kompleksini PUA-lara qarşı ən güclü silah kimi təqdim edirdi. Lakin elə müharibənin ilk günlərindəcə həmin kompleks özü PUA-ların hədəfinə çevrilib.

Azərbaycan ordusu müharibə ərzində Ermənistan ordusunun 4 “Repellent-1” radioelektron mübarizə qurğusunu sıradan çıxarıb. Taktiki-texniki göstəricilərinə əsasən bu qurğu 35 kilometr məsafədən müxtəlif tipli kiçik dronları aşkar edir və onların idarəetmə kanallarına nəzarəti ələ keçirərək onun idarəetməsini pozur. Ermənistan həmin komplekləri 2016-cı ilin aprel müharibəsində Azərbaycan ordusunun dünyada ilk dəfə zərbə pilotsuz aparatlarını tətbiq etməsindən bir il sonra Rusiyadan sifariş vermişdi. Lakin göründüyü kimi “Repellent” Qarabağda işə yaramayıb və özü dronların hədəfinə çevrilib. Ümumiyyətlə, Rusiyanın Ermənistana verdiyi digər radioelektron mübarizə qurğuları da Qarabağ müharibəsində aşağı effektivlik nümayiş etdirib.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84