Ermənilərin “onurğa sütunu” sayılan xüsusi təyinatlılar darmadağın edilib

16:23 - 01 Noyabr
    2090 oxunma

Ermənistan silahlı qüvvələrinin 022 saylı xüsusi təyinatlı hərbi hissəsi Azərbaycan ordusunun həyata keçirdiyi əməliyyat nəticəsində darmadağın edilib. 

Bizimxeber.az Azərtac-a istinadən xəbər verir ki, hərbi hissənin şəxsi heyətinin ölənlər və yaralıları da daxil olmaqla 70 faizinin sıradan çıxdığı bildirilir. Hərbi hissənin sağ qalan hərbi qulluqçuları digər alayların kəşfiyyat bölmələrinə təyin edilib.

Xüsusi təyinatlıların belə ağır itkilər verməsi Ermənistan ordusunda böyük ruh düşkünlüyünə və təşvişə səbəb olub.

Qeyd edək ki, bu xüsusi təyinatlı hərbi hissənin komandiri, ölümündən sonra Ermənistanın milli qəhrəmanı ad verilən polkovnik Vaaqn Asatryandır. O, oktyabrın 13-də gedən döyüşlər zamanı məhv edilib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84