. .

Ermənilərin həyasızlığı davam edir - Fransa Senatının sədri saxta sərgidə

14:25 - 24 Aprel
    10449 oxunma

Ermənilərin həyasızlığı davam edir. Onlar bu gün Ermənistanda qondarma Soyqırım gününü qeyd edirlər. Erməni hakimiyyəti bu yalanı dünyaya sırımağa çalışır və Azərbaycanı onların mədəni abidələrini məhv etməkdə günahlandırır. Bu iyrənc planı həyata keçirmək üçün onlar "Təhlükədəki Miras: Artsax" adlı sərgi təşkil ediblər. Sərgidə baş nazir Nikol Paşinyanla yanaşı Fransa Senatının sədri Jerar Larşe də iştirak edib.

Bizimxeber.az bildirir ki, "Sputnik Armeniya" sərgi barədə material hazırlayıb və Ermənistan Xarici İşlər naziri Ara Ayvazyan Fransa Senatının sədri Jerar Larşeyə sərgi barədə verdiyi məlumatları yayıb. Fotolardan da göründüyü kimi, Ara Ayvazyan Fransa Senatının sədrini hansısa fotonu göstərərək nəyəsə inandırmağa çalışır. 

Məqaldə qeyd olunur ki, Ara Ayvazyan Jerar Larşeni inandırmağa çalışıb ki, 161 kilsə, 600-ə yaxın xaçkar, saray, körpü və 19 minə yaxın muzey eksponatı da daxil olmaqla 1500-ə yaxın mədəniyyət məkanı təhlükə altındadır. 

Ermənilərin xisləti budur və belə bir yalançı millətlə qonşu olmağın özü təhlükədir.

Üstəlik həmişə ermənipərəst mövqeyləri ilə diqqətçəkən Fransa hökümətinin bu dəfə də belə bir saxta tədbirə Senat sədri Jerar Larşeni göndərməsini anlamaq o qədər də çətin deyil. 

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84