Ermənilərin başı xarab olur - İsraili soyqırımda ittiham etdilər

16:54 - 12 Oktyabr
    1710 oxunma

Ermənistanda anti-İsrail əhval-ruhiyyəsi getdikcə güclənir.

Bizimxeber.az xəbər verir ki, artıq ermənilər İsraili soyqırımda ittiham etməyə başlayıblar. Sosial şəbəkələrin erməni seqmentində Tel-Əvivin əleyhinə paylaşımlar edilir. İsrailin guya erməniləri soyqırıma məruz qoyduğu iddia edilir. Bu ölkənin xüsusi xidmət orqanı olan MOSSAD isə İŞİD-lə müqayisə edilir. 

İsrail Azərbaycana dost ölkə kimi tanınır. Azərbaycanın silah tədarükündə İsrailin də payı var. Yəni, bu ölkə Bakının silah aldığı əsas dövlətlərdən biridir. Qarabağda Azərbaycan Ordusunun əldə etdiyi uğurlarda  İsraildən satın alınan “Harop” Pilotsuz Uçuş Aparatlarının da rolu az deyil.

Ermənistanın İsraili hədəfə almasının səbəbi də budur. Doğrudur, hələ rəsmi səviyyədə Tel-Əvivə qarşı soyqırım ittihamı irəli sürülməyib. Amma sosial şəbəkədə bu ittihamın tirajlanması heç şübhəsiz Ermənistan siyasi dairələrinin sifarişi ilə həyata keçirilir. Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl Ermənistan İsraildəki səfirini geri çağırmışdı.

İsrail dövlətinin əsasını təşkil edən yəhudilər etnik təmizləməyə məruz qalmış millət kimi tanınır. Nasist Almaniyasının törətdiyi və tarixə Holokosta kimi düşən qətliamı zənnimizcə xatırlatmağa ehtiyac yoxdur. Bu gün də İkinci Dünya Müharibəsindən danışarkən yəhudilərin soyqırıma məruz qalması xüsusi olaraq vurğulanır.

Ermənistan isə əksinə, faşistə Nijde Qaragini qəhrəman hesab edən, ona heykəl ucaldan dövlətdir. Xocalıda qətliam törədən, Azərbaycanın işğal olunmuş digər ərazilərində etnik təmizləmələr həyata keçirən, mülki əhalini hədəfə alan bir ölkənin İsraili soyqırımda ittiham etməsi həyasızlığın son həddi hesab edilə bilər.

 

Erməni həyasızlığının zirvəsi: İsraili soyqırımda ittiham etdilər
Erməni həyasızlığının zirvəsi: İsraili soyqırımda ittiham etdilər
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84