Ermənilərin atdığı “Toçka-U” nəhəng çuxur yaratdı - Video

22:36 - 08 Oktyabr
    850 oxunma

Cəbhədə döyüşlərin davam etdiyi bir vaxtda Ermənistan silahlı qüvvələri dinc əhalini hədəf almaqda davam edir. Düşmən səhər saatlarında Bərdəyə raket zərbələri endirilib. 

Ermənistan ordusu tərəfindən atılan “Toçka-U” raketlərindən biri şəhərin Qasımbəyli kəndində əkin sahəsinə düşüb. Nəticədə təxminən 10 metr dərinliyində böyük çuxur yaranıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, bu gün saat 11 radələrində Bərdə şəhərinin mərkəzində yerləşən “Qədim Bərdə” restoranına raketin düşməsi nəticəsində həmin vaxt orada olan 2 nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, eyni zamanda Bərdə şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığına düşmüş raketlər 5 nəfər şəxsin yaralanmasına səbəb olub, o cümlədən məktəbin binasına, çoxsaylı nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84