Erməniləri tərifləmək istəyirdi, biabır oldu - Video

11:35 - 30 Sentyabr
    795 oxunma

Ermənipərəst rus aparıcı Vladimir Solovyov Youtube kanalı ilə efirə canlı verilən “Соловьев Live” verilişində gözlənilməz hadisə ilə üzləşib.

Proqramda bir neçə gündür Dağlıq Qarabağda gedən hərbi əməliyyatlara toxunan aparıcı işğalçı Ermənistanın tərəfində olduğunu açıq-aşkar büruzə verib. Belə ki, o, ermənilərin hərbi komissarlığın önündə toplaşaraq, guya böyük ruh yüksəkliyi və alqışlarla cəbhəyə yollandıqlarını əks etdirən süjet göstərmək istəyib. Lakin efirə Azərbaycanda hərbi komissarlıqlardan birinin önündə çəkilən görüntülər gedib. 

Azərbaycan bayrağını görən Solovyov hiddətlənərək, işçilərə “Sizin başınız işləyir? Bu səhv deyil, səhvdən də ağır bir şeydir. Nə etdiyinizi başa düşürsüz?! Sizə sözüm yoxdur” deyə bildirib.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

[email protected];[email protected]
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84