.
.

Ermənilər Xankəndində tikdikləri hava limanını istifadəyə verir?

12:51 - 13 May
    1623 oxunma


Ermənilər Xankəndində tikdikləri hava limanını istifadəyə vermək niyyətindədirlər. 

Bizimxeber.az bildirir ki, bu barədə "Sputnik Ermənistan"a  Vitali Balasanyan deyib.

O, bildirib ki, hava limanı istismara hazırdır, lakin müəyyən məsələlərlə bağlı açılış hələ gecikir.

"Uçuşlara başlamaq üçün müzakirələr Rusiyanın sülhməramlı qüvvələri tərəfindən aparılır. Bu hava limanından humanitar yardımların çatdırılması üçün istifadə edilə bilər" deyə o qeyd edib.

Bu arada David Babayan da hava limanının işə salınması ilə bağlı müzakirələrin aparıldığını bildirib. Babayan gələcəkdə hava limanından sərnişin uçuşları üçün istifadə olunma ehtimalını da istisna etməyib.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84