Ermənilər Tərtərdə dəfn mərasimini atəşə tutdu: 3 ölü, 3 yaralı var

13:54 - 15 Oktyabr
    8310 oxunma

Erməni hərbi birləşmələri Tərtər şəhər qəbirstanlığında dəfn mərasiminin iştirakçılarını atəşə tutub. Bizimxeber.az bildirir ki, cəbhə bölgəsində olan müxbirinin məlumatına görə, hadisə dəfn mərasimi zamanı baş verib.

Dünyasını dəyişən Tərtər rayon sakini dəfn edilərkən Ermənistan silahlı qüvvələri mərasim iştirakçılarını ağır artilleriya atəşinə tutub. Hadisə nəticəsində mərasim iştirakçılarından 3 nəfər hadisə yerində ölüb, 3 nəfər isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84