Ermənilər ŞOKDA – Qafan yüksəklikləri təslim edilsin!

15:31 - 17 Dekabr
    1110 oxunma

“Sünik merindən həyəcanlı xəbər –Sabah Qafanın strateji yüksəkliklərini Azərbaycana təslim etməyimiz barədə göstiş almışam”.  Bizimxeber.az xəbər verir ki, bu barədə Ermənistanın Sünik vilayətinin Qafan şəhərinin meri Gevorg Parsyan tert.am-a verdiyi açıqlamada deyib.

O bildirib ki, Ermənistan Müdafiə Nazirliyi tərəfindən sabah 17: 00-a qədər vaxt verilib: “Artıq əlverişli mövqeləri, bizim üçün daha sərfəli olan yüksəklikləri tutduq, təhlükəsizliyi təmin etmək üçün Qafan şəhərindən, eləcə də kənd yaşayış məntəqələrindən kilometrlərlə irəlilədik. İndi isə çıxmalıyıq ki, düşmən sərhədlərimizə yaxınlaşsın və bizdən cəmi bir kilometr aralıda olsun?”- deyə Parsyan bildirib.

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84