.
.

Ermənilər Qarabağ meşələrində könüllü diversiya qrupları yaradıb - FOTOLAR

13:46 - 28 May
    3105 oxunma


Ermənistan Azərbaycanın işğal altındakı torpaqlarında diversiya törətmək üçün könüllü hərbi birləşmələr yaradır.

Bizimxeber.az bildirir ki, bu barədə Ermənistan mətbuatı xəbər yayıb. Məlumatda qeyd olunur ki, keçmiş erməni kəşfiyyatçı Vova Vardanovun Qarabağ meşələrində əsasən gənc qız və oğlanlardan ibarət dəstələr yaradıb. Onlar əsasən ən ağır şəraitdə sağ qalmaq və diversiya aktları törətmək və s. vərdişlərə yiyələnirlər.

Növbəti təlim xarakterli toplanış 10-19 iyul tarixlərində Kəlbəcər rayonu ərazisində keçiriləcək. Bundan əvvəl, təlimlərin iyunun 12-21 tarixlərində keçirilməsi nəzərdə tutulsa da, koronavirus pandemiyasına görə tarix dəyişdirilib. Təlimlərdə sabiq SSRİ və Ermənistanın xüsusi təyinatlı dəstələrində xidmət keçmiş təcrübəli döyüşçülər dərs keçirlər. 

Təlim-tədris məşqlərinə yerli və diaspor erməniləri maliyyə yardımı ayırırlar. 

Bizimxeber.az bildirir ki, əslində bu kimi diversiya qruplarının yaradılması 2016-ci illərdən başlayıb. Bu qruplarda gənc oğlan və qızların video və fotolarının yayılması sadəcə formal xarakter daşıyır və əsl qrupların varlığını sığortalayır. Əslində erməni kəşfiyyatçılarının bu kimi qruplara daha peşəkar zabitləri cəlb edib komandalar yaradırlar. Onların silahları, geyimləri və ləvazımatları olduqca fərqli formada, daha çox NATO standartlarına uyğundur və idarə olunur.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84