Ermənilər ordumuzdan kömək istədi - VİDEO
-
1820 oxunma

Dünən Azərbaycan ordusunun üçrəngli şanlı bayrağımızı qaldırdığı Ağdamın Gülablı kəndində məskunlaşmış ermənilər qalan əşyalarını çıxarmaq üçün hərbçilərimizdən kömək istəyiblər.
Bununla bağlı görüntüləri Baku TV əldə edib. Görüntülərdən aydın olur ki, hərbçilərimiz onlara müvafiq qaydada yardım edirlər. Videogörüntülər Azərbaycan hərbçilərinin döyüş meydanında göstərdiyi yüksək peşəkarlıq, yenilməzliklə yanaşı, insan faktoruna verdiyi yüksək dəyəri, mülki əhaliyə qarşı mərhəmətini ortaya qoyur.
Bu, həm də onu sübut edir ki, ordumuz düşmənə qarşı mübarizədə hərbi hədəflərdən başqa, heç bir mülki infrastrukturu nişan almayıb. Azərbaycan öz torpaqları uğrunda haqq mübarizəsi apararaq, inamlı qələbə qazanıb.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84