Ermənilər Kəlbəcərdə şiferi də söküb aparır - DƏHŞƏTLİ Fotolar

11:41 - 14 Noyabr
    2980 oxunma

44 gün davam edən İkinci Qarabağ Müharibəsində məğlubiyyəti qəbul edən Ermənistan 10 noyabrda imzaladağı razılaşmaya əsasən, Kəlbəcər, Laçın və Ağdamdan çıxmağa başlayıb.

Bizimxeber.az xəbər verir ki, ermənilər nifrət və xainliklərini yaşadıqları evləri yandırmaqla biruzə veriblər. Ən çox talançılıq isə sabah təslim ediləcək Kəlbəcər rayonunda baş verir. Daşıya biləcəkləri əşyaları maşınlarına yükləyən ermənilər evlərə benzin tökərək yandırırlar.

Onların bu hərəkəti dünya mətbuatının da diqqətini çəkib. Qərb, Rusiya və Türkiyə KİV bölgə sakinlərinin bu addımını fotolarla birgə işıqlandırıblar. Qeyd olunub ki, onlar mağaza, idarə binalarını yararsız hala salırlar və eyni mənzərə Laçınla Ağdamı da gözləyir.

Fotolardan ermənilərin evlərin dam örtüklərini, odun parçalarını, məişət əşyalarını özləri ilə apardıqları əks olunub.












 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84