Ermənilər Kəlbəcərdə məktəbləri də yandırır - Video

15:31 - 16 Noyabr
    1840 oxunma

Ermənistan işğal etdiyi Azərbaycanın Kəlbəcər rayonunu vandalizm aktları törədərək boşaldır. Kəlbəcər işğal olunandan sonra qanunsuz şəkildə rayona yerləşdirilən erməni əhalisi azərbaycanlılara məxsus evlərdə yaşayıb. İndi rayonu tərk edərkən həmin evlərlə yanaşı, məktəbləri də yandırırlar. Beynəlxalq media tərəfindən yayılan foto və videolarda da bu vandallıq öz təsdiqini tapır.

Bu barədə Ombudsman Aparatından daxil olan məlumatda qeyd olunub. Bildirilib ki, Ermənistan mətbuatında Kəlbəcəri tərk edən məktəb direktorunun məqsədli şəkildə məktəb binasını yandırmasının fəxrlə vurğulanması da onların növbəti vandallıq aktlarının sübutudur.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva dünya dövlətlərini, beynəlxalq təşkilatları təcavüzkar Ermənistanın vandalism aktlarının qarşısının alınmasına çağırıb. Özünü Təhlükəsiz Məktəb Bəyannaməsinin “dəstəkçilərindən” biri kimi təqdim edən Ermənistan Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki 1107 təhsil obyektinin və 855 uşaq bağçasının tamamilə məhv edilməsinə görə məsuliyyət daşıyır.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84