Ermənilər hələ də “Artsax"ın mövcudluğu xülyasındadır

16:35 - 18 Dekabr
    1400 oxunma

Qondarma “Artsax”ın Xarici İşlər Nazirliyi Rusiyanın XİN nümayəndəsinin "Kommersant" qəzetində dərc olunan "Erməni qüvvələri Qarabağdan çıxarılmalıdır" ifadəsinə münasibət bildirib. 

Bizimxeber.az "Armenpress"ə istinadən bildirir ki, qondarma qurumun XİN-nin şərhində deyilir: “Bu cür bəyanatlar 9 noyabrda imzalanmış üçtərəfli atəşkəs bəyanatını təhrif etmək məqsədi daşıyır və Rusiyanın vasitəçilik səylərini və sülhməramlı missiyasını pozmaq üçün bu ölkənin silahlı qüvvələri tərəfindən bu yaxınlarda həyata keçirilmiş təxribat hərəkətlərinin davamıdır. Eyni zamanda qeyd etmək lazımdır ki, “Artsax” Respublikasının Müdafiə Ordusu Artsax və onun xalqının dövlətçiliyinin təhlükəsizliyinin əsas qarantı idi, olub və olacaqdır.

Rusiyanın vasitəçiliyi ilə 10 Noyabrda atəşkəs rejimi qurulduqdan sonra Artsax Müdafiə Ordusu, Rusiya sülhməramlı qüvvələri ilə birlikdə münaqişə bölgəsində sabitlik və əmin-amanlığın təmin edilməsinə yönəlmiş missiyasını davam etdirir”.

Qeyd edək ki, müharibədə ciddi itkilər verərək geri çəkilən erməni ordusu və rəhbərliyi hələ də  Artsax barədə danışır və bu qondarma rejimin varlığı və ordusu barədə açıqlamalar yayırlar. 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84